Ukraynada olan soydaşlarımız üçün qaynar xətt yaradıldı

image

Hazırda Ukraynada on minlərlə Azərbaycan vətəndaşı, həmçinin Ukrayna və Gürcüstan vətəndaşı olan minlərlə soydaşımız yaşayır. Soydaşlarımızın Ukraynada yaşadığı bir sıra regionlarda şiddətli döyüşlərin getdiyi gələn xəbərlər arasındadır. Hətta aralarında yaralanan soydaşlarımızın da olduğu bildirilir.

Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargah 24 saat işləyir. Ukraynada yaşayan soydaşlarımız üçün qaynar xətt də aktivdir. Bu ölkədə yaşayan soydaşlarımız hər hansı həyati təhlükə yaranacağı təqdirdə +380 (97) 070 00 85 telefon nömrəsi, info@rau.in.ua, raukyiv@gmail.com email ünvanları ilə əlaqə saxlayıb dəstək ala bilərlər.

Həmçnin hazırda Xarkov şəhərində olan soydaşlarımız xüsusi hallarla bağlı Xarkov şəhərindəki fəxri konsulluq ilə (+38057) 7000531 telefonla və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Soydas.az

Paylaş:

Xəbər lenti