Nazirdən Gürcüstanda azərbaycandilli məktəblərlə bağlı - Açıqlama
Nazirdən Gürcüstanda azərbaycandilli məktəblərlə bağlı - Açıqlama
“Azərbaycan-Gürcüstan birgə universitetinin yaradılması, ikili diplomların verilməsi və tanınması məsələsi iki ölkənin müvafiq qurumları arasında müzakirə olunur”.
Bunu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Gürcüstana səfəri zamanı azərbaycandilli məktəblər üçün kadr hazırlığı məsələsinə xüsusi diqqət ayrılıb.
“Düşünürəm ki, bundan sonra iki ölkə arasında ali məktəblərin əməkdaşlığı ilə kadr hazırlığı prosesinə təkan veriləcək. Bu məsələlər texniki müzakirələr tələb edir, veriləcək qərarlar daha düzgün olmalıdır”, - deyə Emin Əmrullayev bildirib.
Soydas.az