Türkiyə Ermənistan üzrə nümayəndə təyin edib

image

Türkiyənin ABŞ-da səfiri olmuş Sərdar Kılıç Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar üçün xüsusi nümayəndə təyin olunub.

Bu barədə Xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, Sərdar Kılıç 1958-ci ildə Samsunda anadan olub.

O, 1980-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1984-cü ildən diplomatik xidmətdədir.

Serdar Kılıç müxtəlif illərdə Türkiyənin Livan (2008-2010), Yaponiya (2012-2014) və ABŞ-da (2014-2021) səfiri kimi çalışıb. Diplomat həmçinin 2012-2014-cü illərdə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi postunda çalışıb.

Hesab edirik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regiondakı ümumi vəziyyətin sağlamlaşmasına yardım edəcək. Əlbəttə ki, regionda ölkələr və xalqlar arasında sağlam mehriban qonşuluq, etimad mühitinin formalaşmasına kömək edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu nöqteyi-nəzərdən biz Ankara və İrəvan tərəfindən nümayiş olunan ikitərəfli dialoqa başlamaqla bağlı mövqeni alqışlayırıq. Tərəflərin bu məqsədlə xüsusi nümayəndələr təyin etməsi isə bizim fikrimizcə, məntiqli və ağıllı addımdır. Biz öz tərəfimizdən bu prosesə hər cür yardım etməyə hazırıq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova dekabrın 10-da Moskvada “3+3” regional əməkdaşlıq formatında keçirilən birinci iclasdan da danışıb: “Bu formatdakı görüşdə Ermənistan və Türkiyənin nümayəndələri də iştirak edirdilər. Fikrimizcə, bu format da Ermənistan və Türkiyə arasında yaxınlaşmaya kömək edir. Bir daha qeyd edim ki, biz Türkiyə və Ermənistan tərəfindən atılan qarşılıqlı etimadın yaranmasına kömək edəcək bütün addımları alqışlayacağıq və yardım edəcəyik”.

Soydas.az

Paylaş:

Xəbər lenti