Bolnisi rayonunda soydaşlarımız üçün vacib mərkəz fəaliyyətə başlayıb

image

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəz"inin Bolnisi rayonunda hüquq xidmətləri və dil kursları fəaliyyətə başlayıb.

Mərkəzdən Soydas.aza verilən məlumata görə, burada soydaşlarımıza peşəkar hüquqi yardım göstərməklə yanaşı, həm də ödənişsiz hüquqi məsləhətlər də veriləcək.

İkinci istiqamət kimi Mərkəzdə soydaşlarımız üçün ödənişsiz hazırlıq kursları da təşkil olunub. Kurslarda gürcü və ingilis dili üzrə hazırlıq kurslarının keçirilməsinə artıq iki gündür ki start verilib.

Qeyd edək ki, Regional (Marneuli, Bolnisi, Dmanisi) məhkəmə və hüquq mühafizə orqanları Bolnisi rayonunda yerləşir. Region əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləridir.

 

Soydas.az

Paylaş:

Xəbər lenti