Onların əsl dərdi Səməd Vurğunla bağlı deyil…
Onların əsl dərdi Səməd Vurğunla bağlı deyil…
Səməd Vurğun haqqında zaman-zaman ortaya atılan ittihamların təyinatı ilk baxışda göründüyü qədər sadə deyil.
Şair haqqında Heydər Əliyevin münasibətinə diqqət yetirdikdə onun əsl siyasi kimliyi tamamilə aydın olur. Çünki, Azərbaycanın sovet dövrünə aid olan siyasətinin hərtərəfli, gerçək tarixini Heydər Əliyev qədər çətin ki, bilən olsun.
Səməd Vurğunun 1975-ci ildə Bakıda ev-muzeyi, bir il sonra doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində muzeyin filialı açıldı. Kimlərsə deyə bilər ki, sovetlər vaxtı bu cür işlər elə də yüksək mənəvi dəyəri olmayan bürokratik dövlət tədbirlərindəndir. Halbuki, bunlar da bir münasibət göstəricisidir.
Amma, “El bilir ki, sən mənimsən, Yurdum - yuvam məskənimsən...” -misralarını Heydər Əliyevin dəfələrlə səsləndirməsi onun Səməd Vurğuna olan həqiqi münasibətinin siyasi, mənəvi və əbədi nümunəsidir.
Digər məslə
Sovetlər vaxtı xalqımızın milli ruhunu yaşadan, şovinizimə qarşı bizim qoruyucu mələklərimiz yalnız şairlərimiz olub. Çünki, o zamanlar bizim sosial düşüncəmizin yaradıcısı, qoruyucusu, istiqamətvericisi, Azərbaycanın Azərbaycan kimi qalmasında əsas rolu şairlərimiz oynayıb.
Nəzərə alsaq ki, biz nefti ilk sənaye üsulu ilə çıxaran ölkə olmuşuq, amma, o vaxt istehsal təfəkkürümüz inkişaf etdirilməyib. Çünki buna görünən və görünməz müxtəlif metodlarla ruslar mane olub. Bunun əvəzində özünüqoruma mexanizmi kimi xalqımızda poetik təfəkkür işə düşüb və inkişaf edib.
Maraqlıdır ki, gələcəyi ən yaxşı, dəqiq hiss edən insanlar arasında filosof və həqiqi din adamlarıdır ki, onların da önündə həqiqi şairlər durur. Şairlərimizə dəyər verək, yoxsa...yoxsası yoxdu!
Əsas məsələ:
Bir-biri ilə müqayisə olunmaz Nizami, Fizuli, Nəsimi, Sabir və başqa dahi şairlərimiz üçün “tapılıb” deyilən sözləri hamımız bilirik; öz dilində yox farsca yazıb, dinsiz olub, xalqını aşğılayıb və s.
Bu milli ruhumuzu zəiflətmək üçün dahilərimizi gözdən salmaq istəyənlərin, sonra xalqımızın istedadlı oğullarını 1917-2020-ci illər ərzində erməni “çıxaranlar”ın, indi də qeyri-türk “çıxarmağa” çalışanların işidir.
Bir-biri ilə müqayisə olunmaz şairlərimizin ədəbiyyatımızda hər birinin öz əvəz olunmaz və təkrarolunmaz yeri var.
Fəlsəfəsi, mənəvi dəyəri, siyasi gücü və s. bir yana, amma, poetik tərzinə və gücünə görə Səməd Vurğun poeziyası bizim milli sərvətimizdir. Bax, istedalarımızı gözdən salmağa çalışanların işi Səməd Vurğunun özü ilə deyil, onların dərdi poeziyamızın məhz bu unikal meqagücü ilədir. Vurğun poeziyası metapoeziyadır!
Qaldı ki, Stalinin represiyya dövrünə baxanda indi lap cənnətdə yaşayanlar nəzərə alsınlar ki; öz həyatını, doğmalarını, millətini qorumaq üçün komsomola tərif deyənlə müqayisədə, əsl milli düşmən də, ən böyük yaltaq da indi sadəcə daha böyük tikə yemək xatirinə min dona girənlərdi…
Uğurlu Şərifov
Soydas.az