Giorgi Qaxariaya olunan hücumla bağlı istintaq başlayıb

image

Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan naminə” partiyasının lideri, sabiq baş nazir Giorgi Qaxariaya hücumla bağlı cinayət məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə istintaq başladıb.

Hadisə ilə bağlı Gürcüstan naminə partiyası da bəyanat yayıb.

Bildirilib ki, Qaxariya hücuma məruz qalarkən məhkəmə prosesi ilə əlaqədar Batumidə olub. Partiya insidentə görə hakim partiyanı günahlandırıb.

Ötən gecə hücuma məruz qalan Giorgi Qaxariyanın burun sümüyünün sındığı və beyin silkələnməsi olduğu bildirilib. 

Soydas.az

Paylaş:

Xəbər lenti