Diasporla iş üzrə Komitənin mətbuat katibi vəzifəsi ləğv olundu

image

Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, İnformasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

Soydas.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib.

Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

Soydas.az

Paylaş:

Xəbər lenti