Azərbaycan-Qırgızstan arasında tələbələrin və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur
Azərbaycan-Qırgızstan arasında tələbələrin və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur
Bakı Dövlət Universiteti (BDU) ilə Qırğız-Türk “Manas” Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.
Protokolu BDU-nun rektoru Elçin Babayev və Qırğız-Türk “Manas” Universitetinin rektoru Alpaslan Ceylan imzalayıb. Protokol çərçivəsində akademik heyətin, tələbələrin və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.
1995-ci ildən fəaliyyət göstərən Qırğız-Türk “Manas” Universitetində 11 fakültə üzrə 6000-ə yaxın tələbə təhsil alır.
Soydas.az