Milli ideya və ona xarici qüvvələrin təsiri
Milli ideya və ona xarici qüvvələrin təsiri
Uğurlu Şərifov
- Bu yazıda istifadə olunan əsas terminlər:
- dilemma – bir-birini və üçüncünün mümkünlüyünü istisna edən iki polemik əks mövqe;
- dixotomiya - bütöv bir obyektin əvvəlcə özünün və sonra alınan hissələrinin ardıcıl olaraq iki hissəyə bölünməsi;
- qeyri-səlis məntiq – “ya...ya...” sxemindən “nə...nə...” sxeminə keçid haqqında nəzəriyyədir. Bu nəyinsə rənginə məcburən “ya ağ, ya qara” deməli olduğumuz halda “nə ağdı, nə də qara” deyə bilərək, başqa rəngi, məsələn, bozu seçə bilməyimizə imkan yaradan nəzəriyyədir.
Milli ideya və ona xarici qüvvələrin təsiri
“Əli və Nino” romanında Bakıda rus gimnaziyasının professoru Sanin azərbaycanlı şagirdlərə Bakının mütərəqqi Avropaya, yoxsa geridəqalmış Asiyaya aid edilməsi haqqında sual verir.
Bu cür süni siyasi dilemmalar bizim yalnız coğrafiyamıza deyil soyumuz, dinimiz, mədəniyyətimiz, ənənələrimiz kimi mənsubiyyət kriteriyalarımızn hər birinə tətbiq olunmaqda davam edir. Bir xalq yalnız onun torpaqlarını bölməklə ikiyə bölünmür. Əsl bölünmə ideoloji fərqlilik yaradaraq, insanların siyasi dilemma qarşısında qoyulması ilə baş tutur. Bir ailədə böyüyən iki qardaş bir-birindən ciddi fərqləndikləri haqqında yalnız evlənəndən sonra arvad qohumlarınından bu barədə eşidəndə düşünməyə başlayırlar.Halbuki, uzun müddət sonra anlayırlar ki, onlar həqiqətən bir-birindən ciddi heç nə ilə fərqlənmirlərmiş.
Cəmiyyət daxilində də ideoloji fərlilik öz içərisində gedən spontan proseslərdən çox, əsasən kənar qüvvələrin müdaxiləsilə baş tutur. İnsanlar bir-birindən müxtəlif metodlar və müxtəlif meyarlara görə uzaqlaşdırılır. Əksəriyyəti indi kilometrlərlə bir-birindən uzaq kəndlərdə deyil, çoxmərtəbəli binaların bir divarı qalınlığında, qonşu mənzillərdə yaşayan insanlarımız indi bir-birindən sürgünə göndərilərək məsafəcə deyil, əsasən ideoloji olaraq, qəlbən uzaq salınır. Siyasi dilemma şəklində deoloji fərqlilik yaradılır ki, insanlar qəlbən bir-birindən uzaqlaşsın, çünki bilirlər ki, ən böyük uzaqlıq məsafələrin deyil, ürəklərin uzaqlığıdır.
Biz daim avropalı-asiyalı, sünni-şiə, yerli-gəlmə, qərbpərəst-rusiyapərəst, türkçü-irançı, İsrail yoxsa Fələstin kimi dilemmalar qarşısında qoyuluruq. Son zamanlaradək hətta xarici siyasi institutların təşkilatçılığı ilə rusdilli-azərbaycandilli, şəhərli-kəndli və bir sıra qeyri-ədəbi terminlərlə ifadə olunan ayrı seçkiliklərlə üz-üzə qalırdıq...
Aristotel məntiqinin 4 əsas qanunlarından biri “üçüncünün istisna qanunu”dur. Yəni yazımız kontekstində bu nəyinsə rəngi ya ağdır, ya da qaradır, üçüncü rəng istisnadır, çünki bu başqa rəng yoxdur deməkdir.
Siyasi baxımdan bu prinsip yuxarıda qeyd olunduğu kimi bizə təqdim olunan yalnız iki rəngdən biri ilə məcburi razılaşmalı olmağımız deməkdir. Çünki, qarşımıza başqa rənglər yox, yalnız ağ və qara rəng qoyulur.
Bəs bütün bu dilemmaları ixtira edən, Yunan fəlsəfəsini elmləşdirib onu iqtisadi maraqların xidmətinə verən bəzi qərb filosoflarının “icraçı direktorları” olan siysətçilərinə bizim cavabımız nə oldu?
Biz onların “üçüncünün istisna”, “iki qütblü dünya”, “ikili standart”, və sair prinsiplərinə qarşı necə mübarizə apardıq? Novxanıda doğulub Amerikada riyaziyyatçı kimi yetişən Lütfi Zadə ikiqütblülüyü inkar, üçüncünün mümkünlüyünü bəyan edən qeyri-səlis məntiq nəzəriyyəsini yaratdı;
Qarayazıda doğulub Azərbaycanda coğrafiyaçı alim kimi yetişən akademik Ramiz Məmmədov Azərbaycanın ya Avropa, ya Asiya olduğunu deyil, məhz kontinentlərarası ölkə olmasını sübut etdi;
Bakıda doğulub Azərbaycanda siyasətçi kimi yetişən İlham Əliyev Qarabağ ya müstəqil, ya da Ermənistan tərkibində olacaq, üçüncü istisnadır fikirinə;
Azərbaycan ya Qərblə ya Rusiya ilə olmalıdır, üçüncü istisnadır fikirinə;
NATO ölkələri iki tərəfli hərbi müttəfiqliyi yalnız iki NATO ölkəsi arasında ola bilər, üçüncü istisnadır fikirinə qarşı üçüncünün mümkünlüyünü sübut etdi.
Və ümumiyyətlə, bütün bunlardan əvvəl Azərbaycan neftinin ya Ermənistan, ya Rusiya üzərindən Avropaya nəql edilməsi siyasi dilemmasına qarşı üçüncünün mümükünlüyü faktının reallaşdıran azərbaycanlılar elm və siyasətdə yeni paradiqma formalaşdırdı.
Paradiqma - hansısa məslənin həllində qaydaların, prinsiplərin, metodların cəmini bir sözlə ifadə edən termindi. Üç rəngli bayrağımız, kontinentlərarası ölkə olmağımız, iqlim qurşaqlarımızın sayı, xalqımızın polietnik tərkibi, nümunəvi dini və milli tolerantlığımız, zəngin musiqimiz və musiqidəki improvizasiya qabiliyyətimiz və s. bütün bunlar dünya üçün qütbsüzlüyə qarşı ən nümunəvi xalq olmağımızın sübutudur.
Milli ideyamızın formalaşmasında bu qabiliyyətimizi nəzərə almalıyıq.
Soydas.az