Sabahdan Azərbaycanda karantin rejimi yumşaldılır

image

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il 6 mart tarixindən etibarən aşağıdakılara icazə verilir:

- dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna; - dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə;

- bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə;

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə;

- masaj xidmətlərinin göstərilməsinə;

- sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə;

Eyni zamanda aşağıdakı məhdudiyyətlər ləğv edilir:

- mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti;

- şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti;

- ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət;

-. pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti;

- dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti.

- Uşaq əyləncə mərkəzlərində vaxt və say məhdudiyyəti ləğv olunur.

- Sabahdan idman tədbirlərinin keçirilməsinə və masaj xidmətlərinə icazə verilir

-Dövlət orqanlarında vətəndaşların yerində qəbuluna icazə veriləcək

- Restoranlarda masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət ləğv edilir

- Dini ibadət yerlərində say məhdudiyyəti ləğv edilib

- Kinoteatrlarda say məhdudiyyəti olmayacaq

- Sabahdan Azərbaycanda yas mərasimlərinin keçirilməsinə icazə verilir

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətinə icazə verilib

- Restoran, kafe, çay evlərində vaxt məhdudiyyəti aradan qaldırılır

- Qəlyandan istifadəyə qoyulan qadağa götürülüb

- Toylarda say və vaxt məhdudiyyəti ləğv edilir.

Soydas.az

Paylaş:

Xəbər lenti