Ərdoğan koronaya yoluxub
Ərdoğan koronaya yoluxub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. Bu barədə dövlət başçısı Tvitterdə məlumat yayıb.
“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVİD-19 testimizin nəticəsi müsbət çıxıb. Omikron variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, - Prezident bildirib.
Səhiyyə naziri Fəxrəddin Qoca prezidentin və xanımının vəziyyətinin normal olduğunu bildirib.
Soydas.az