Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib
Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib
Gürcüstanın Azərbaycanda yeni səfiri təyin edilib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Georgi Zakaraşvili Bakıda səfir vəzifəsində Zurab Pataradzeni əvəz edəcək.
Qeyd edək ki, Georgi Zakaraşvili bundan əvvəl Gürcüstanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. Diplomatın Gürcüstan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında, eləcə də ölkənin müxtəlif diplomatik nümayəndəliklərində uzunillik iş təcrübəsi var.
Soydas.az