Gürcüstanda "Era Teatrı"na azərbaycanlı direktor təyin olunub

image

Gürcüstanda “Era Teatrı”na Namiq Valehoğlu Hacıyev direktor təyin olunub.

Namiq Hacıyev 1981-ci il iyunun 22-də Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1987-1998-ci illərdə Tbilisidəki 73 saylı orta məktəbdə oxuyub. 1998-2002-ci illərdə Şota Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetində təhsil alıb və həmin universiteti aktyorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin və Gürcüstan Dövlət Aqrar Universitetinin Marneuli filiallarında bədii rəhbər kimi fəaliyyət göstərib.

2005-2020-ci illərdə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında müdir müavini, aktyor və rejissor olaraq çalışıb.

2005-2006-cı illərdə teatrın nəzdində fəaliyyət göstərən studiyaya rəhbərlik edib.

2009-2010-cu illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakı şəhərində Musiqili Komediya Teatrında və “YUĞ” Teatrında rejissorluq üzrə ixtisasartırma (WORKSHOP) kursları keçib.

2010-cu ildən “Gürcüstanda Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi” qeyri-hökumət təşkilatının rəhbəridir.

Namiq Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Resbulikasının “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

İştirak etdiyi və rejissor kimi quruluş verdiyi tamaşalar:

Mirzə Fətəli Axundov, “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah” – tamaşanın quruluşçu rejissoru və Hatəmxan ağa obrazının ifaçısı;

Əli Əmirli, “Köhnə ev” - tamaşanın quruluşçu rejissoru və Sahib obrazının ifaçısı;

Cəfər Cabbarlı, “Solğun çiçəklər” - tamaşanın quruluşçu rejissoru və Əbdül obrazının ifaçısı;

Nodar Dumbadze, “Ağ bayraqlar” - tamaşanın quruluşçu rejissoru və Andrey (nəzarətçi) obrazının ifaçısı;

Elçin Əfəndiyev, “Qatil” - tamaşanın quruluşçu rejissoru və Polis obrazının ifaçısı;

Xanım Həsənova, “Tülkü-tülkü tünbəki” - tamaşanın quruluşçu rejissoru və Şaxta baba obrazının ifaçısı;

Mirzə Fətəli Axundov, “Hekayəti-vəziri-xani-Lənkəran” – tamaşanın quruluşçu rejissoru.

Turqut Özakman, “Divarların o üzü” – tamaşasının quruluşçu rejissoru və baş rolun ifaçısı.

Kamal Abdulla, “Bir, iki, bizimki” – kişi rolunda;

“Müharibə” ədəbi kompozisiyası;

“Xocalı” ədəbi kompozisiyası;

“Sübaylar” – Əhməd rolunda

“Yeni il nağılı” – uşaq tamaşası, ayı və Şaxta baba rolunda;

Laşa Tabukaşvili, “Göz yaşları olmadan” – Kaxa rolunda.

Soydas.az

Paylaş:

Xəbər lenti