“Arbitrium” Vəkil Bürosu yeni ofisini açdı

image

Noyabrın 24-də “Arbitrium” Vəkil Bürosunun yeni ofisinin açılışı olub. Bakı şəhəri Nərimanov rayonu ərazisində (Əlicabbar Orucəliyev 116-118 ünvanında) yerləşən ofisin açılışında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov da iştirak edib.

Açılış mərasimində “Arbitrium” Vəkil Bürosunun müdiri Polad Mehdiyev qonaqlara görülmüş işlər barədə məlumat verib. O, qeyd edib ki,  büronun yerləşdiyi qeyri-yaşayış sahəsi 170 kv.m olmaqla, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, konfidensial görüş otağı ayrılıb, o cümlədən büro müasir kompüter və digər texniki avadanlıqlarla təchiz olunub.

Azərbaycan Vəkillər Kollegiyasının sədri  Anar Bağırov büroda aparılmış təmir işlərini yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini qeyd edib. O, vurğulayıb ki,  bu məsələ Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapıb. Anar Bağırov Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil bürolarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində də məlumat verib.

Daha sonra büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə geniş iclas keçirilib. Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verib, vəkilləri maraqlandıran suallar cavablandırıb.

Soydas.az

Paylaş:

Xəbər lenti