Azərbaycana gətirilən hibrid avtomobilləri ƏDV-dən azad edilir

image

Azərbaycana gətirilən hibrid avtomobilləri Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Soydas.az

Paylaş:

Xəbər lenti