Orduya dəstək adıyla pul yığan saxta QHT rəhbərləri tutuldu
Orduya dəstək adıyla pul yığan saxta QHT rəhbərləri tutuldu
Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul istəyən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, saxta “QHT rəhbərləri” DİN əməkdaşları tərəfindən müəyyən olunaraq, polis idarəsinə gətiriliblər.
“Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcəkdir”. (modern.az)
Soydas.az