Türkiyə Krım tatarları üçün ev tikir - Çavuşoğlu

image

Türkiyə və Ukraynanı sıx dostluq əlaqələri birləşdirir. Ölkələrimiz çox məsələlərdə həmrəylik nümayiş etdirirlər. Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı mövqeyi dəyişməz olaraq qalır:

“Ankara “Krım platforması”nı dəstəkləməyə davam edir. Türkiyə Krım tatarlarının haqları ilə bağlı mövzuya xüsusi əhəmiyyət verir. Ukrayna ilin sonuna qədər Türkiyənin dəstəyi ilə Krım tatarları üçün evlərin tikintisinə başlayır”.

Soydas.az

Paylaş:

Xəbər lenti