Ermənilər referendumla Gürcüstan ərazisini Ermənistana birləşdirməyi planlaşdırır..

image

Ermənilərin bütün qonşu dövlətlərə ərazi iddiaları olduğu məlumdur. Bu iddianı rəsmən Türkiyə və Azərbaycana bildirsə də, Gürcüstan və İrana hələ ki, bildirməyib. Amma, artıq Gürcüstana qarşı belə bir iddianın irəli sürülməsinin zamanı gəldiyini erməni mediası gündəmə gətirib. Gürcüstanın Cavaxetiya adlanan bölgəsində ermənilərin kompakt yaşadığı məlumdur. Axalkalaki və Axaltsiki rayonlarında erməni əhalisi üstünlük təşkil edir və hələ Gürcüstan yeni müstəqillik qazananda Cavaxetiyanın da Ermənistana birləşdirilməsi barədə ermənilər müzakirələr aparırdılar. O zaman Gürcüstanın dövlət başçısı Zviad Qamsaxurdiya buna kəskin reaksiya bildirmişdi və ermənilər ilk mərhələdə Qarabağ məsələsini “həll etməyi” daha vacib bildilər. İndi erməni mediası Cavaxetiya bölgəsində separatizmi alovlandırmağa çalışır. “Armenian report” saytının tanınmış yazarlarından biri Tevos Arşakyanın “

"Satqın gürcülər antierməni bayrağı altında dayandılar” başlıqlı məqaləsini kiçik ixtisarla, şərh etmədən oxucuların diqqətinə çatdırırıq. 

“Təxminən 10 gündür ki, iki yüzdən çox erməni yük maşını Gürcüstan tərəfində, “Yuxarı Lars” keçid məntəqəsində (çoxtərəfli avtomobil keçid məntəqəsi) ilişib qalıblar. Sürücülərdən Taron Markaryan erməni jurnalistlərlə söhbətində onlara keçməyə icazə verilmədiyini bildirib. “Yalnız bir izah var - ermənilər üçün yol bağlıdır. Gözümüzün qabağında Gürcüstan, Türkiyə, İran və Azərbaycan nömrə nişanlı avtomobillər keçir, amma biz ermənilərin keçməsinə icazə verilmir "-Markaryan deyib.

Aydındır ki, Gürcüstan hakimiyyətinin Ermənistanı blokadaya salmaq üçün düşünülmüş hərəkətləri ilə qarşı-qarşıyayıq. Axı problem hava şəraiti ilə bağlı olsaydı, bütün yük maşınları - İran, Azərbaycan və Ermənistan maşınları da dayanacaqdı. Ancaq bu problemlə yalnız sonuncular üzləşib.

Ancaq Gürcüstanda əbəs yerə düşünürlər ki, belə anti-erməni hiylələrindən qurtulacaqlar. Ermənistanın  bu satqın gürcüləri yerinə oturtmaq üçün təsir imkanları var.  Və onlardan biri də Cavaxkdır. İrəvan müstəqilliyin bütün 30 ili ərzində Cavaxk fəallarının orada yaşayan yerli əksəriyyət üçün milli-mədəni muxtariyyət əldə etmək cəhdlərini fəal şəkildə dayandırdı.

O vaxt artıq Ermənistanın kifayət qədər problemləri var idi və bizim səlahiyyətlilərimiz Cavaxk icmasının çoxsaylı istəklərinə baxmayaraq Tbilisi ilə münasibətləri gərginləşdirmək istəmirdi. Saakaşvili Cavaxkada mülki əhaliyə qarşı kütləvi repressiyalar həyata keçirməyə başlayanda da İrəvan susdu. Ancaq indi anti-erməni təxribatları ilə gürcülər bizi sözün əsl mənasında Cavaxk ermənilərinin istəklərinə diqqət yetirməyə və bu bölgənin Ermənistana inteqrasiya edilməsi məsələsini həll etməyə məcbur edir. Tbilisi başa düşməlidir ki, Cavaxk erməniləri Ermənistana qoşulmaq üçün referendum keçirsələr, nəticə gürcüləri məyus edəcək. 

Ancaq, Tbilisi strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin bir qolunun Cavaxk ərazisindən keçdiyini xatırlamalıdır, çünki oranın yerli əhalisi İrəvanın bir incə xahişinə bənddir ki, dəmir yolunu bağlasın. 

Təbii ki, biz də gürcülərlə mübahisə etmək istəməzdik. Ancaq özləri, azərilərin və türklərin altında əyilərək bizi sərt tədbirlərlə qisas almağa məcbur edirlər. Bölgəmiz onsuz da narahatdır və gürcülərə daha yaxşı düşünməyi, vəziyyəti gərginləşdirməyi dayandırmağı və yük maşınlarımızın keçməsini məsləhət görərdik”. 

P. S. Erməni xəstəliyinin müalicəsi yoxdur. Ermənistanın bir dövlət kimi perspektivi, mövcudluğu sual altında olduğu bir zamanda indi də Gürcüstana ərazi iddiası irəli sürməsi göstərir ki, bunla islaholunmazdırlar. 30 il Qarabağda referendum keçirə bilməyənlər indi Gürcüstanı referendumla hədələyirlər.

mənbə: Moderator

Soydas.az

Paylaş:

Xəbər lenti