Saakaşvilinin saxlanıldığı həbsxananın önündə genişmiqyaslı aksiya keçirilir
Saakaşvilinin saxlanıldığı həbsxananın önündə genişmiqyaslı aksiya keçirilir
Mixeil Saakaşvilinin həbsdə saxlanıldığı Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında “Mişaya azadlıq!” şüarları ilə etiraz aksiyası keçirilir.
24News.ge xəbər verir ki, etirazçılar həbsdə olan Saakaşvilinin azad olunmasını tələb edirlər. Müxalifətçi millət vəkili Tako Çarkvianinin sözlərinə görə, mühacirlər də keçmiş prezidenti dəstəkləmək üçün aksiyaya qoşulublar. Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər edilib.
Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti Mixril Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs edilib.
Soydas.az