Türk millətçisi Hüseyn Artıkoğlunun 75 illik yubileyidir
Türk millətçisi Hüseyn Artıkoğlunun 75 illik yubileyidir
Bu gün Türk millətçisi, memar və konstruktor, "Soydaş" İctimai Birliyi Ağsaqqallar Şurasının sədri, dosent Hüseyn Artıkoğlunun 75 illik yubileyidir.
Soydas.az xəbər verir ki, Hüseyn Artıkoğlu 1950-ci il oktyabrın 5-də Başkeçid rayonunun Qəmərli kəndində anadan olub. 1967-ci ildə Marneuli 1 saylı Azərbaycan orta məktəbini bitirib, həmin ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olub. Həmin institutu 1973-cü ildə bitirərək, Sənaye və Mülki Tikinti ixtisası üzrə inşaatçı-mühəndis peşəsinə yiyələnib. 1971-1977-ci illərdə "Azdövlətlayihə" institutunda texnik, mühəndis, qrup rəhbəri və baş konstruktor vəzifələrində çalışıb.
1977-1980-ci illərdə Moskvada V.A.Kuçerenko adına İKMETİ-nin aspirantı olub. 1981-ci ildən texnika elmləri namizədidir. 1981-1984-cü illərdə Bakının layihə institutlarında çalışıb. 1984-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Dəmir-beton konstruksiyaları" kafedrasının dosentidir.
H.Artıkoğlu 1988-cu ildə xalq hərakatında fəal iştirak edib. 1988-ci ildən "Birlik" cəmiyyətinin təsis qrupunun üzvü, 22 yanvar 1990-cı ildən "Birlik" partiyasının sədri olub.
1988-ci ildən layihə və tikinti biznes fəaliyyəti ilə məşğuldur. "Kooplayihə-AHB" və "Milli Dirçəliş" firmalarının təsisçisidir. Üç yüzdən çox layihənin konstruktor kimi müəllifidir.
Soydas.az