BDU Gürcüstan Universiteti ilə memorandum imzalayıb

image

Bakı Dövlət Universiteti (BDU) və Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Beynəlxalq Qara Dəniz Universitetinin rektoru Kakha Shengelia imzalayıb.

Soydas.az

Paylaş:

Xəbər lenti