“Soydaş” İctimai Birliyi yeni İdarə Heyətilə fəaliyyətini davam etdirir
“Soydaş” İctimai Birliyi yeni İdarə Heyətilə fəaliyyətini davam etdirir
Əsas məqsədi Azərbaycandan kənarda yaşayan soydaşlarımızın sosial, mədəni və təhsil sahəsində inkişafına dəstək olmaqdan, milli dəyərlərimizin inkişafına töhfə verməkdən ibarət olan “Soydaş” İctimai Birliyi yeni İdarə Heyətilə fəaliyyətini davam etdirir.
Soydas.az xəbər verir ki, Azərbaycan-Gürcüstan əlaqələrin inkişafında xüsusi rol oynayan bu təşkilat, hər iki ölkədə dövlət və hökumət qurumlarının da iştirakı ilə bir sıra ortaq layihələr həyata keçirib.
İctimai Birlik artıq 6 ildir ki fəaliyyət göstərir.
Birlik yeni dönəmdə fəaliyyətinə aşağıdakı İdarə Heyəti üzvlərilə davam edəcək:
1. Kamran Ramazanlı - İdarə Heyətinin sədri
2. Məmmədəli Babaşlı - İdarə Heyətinin sədr müavini
3. Natiq Hümbətov - İdarə Heyətinin üzvü
4. Aidə İsmayılova - İdarə Heyətinin üzvü
5. Namiq Veysəl - İdarə Heyətinin üzvü
6. İlqar İlkin - İdarə Heyətinin üzvü
7. Uğurlu Şərifov - İdarə Heyətinin üzvü
Soydas.az