Gürcüstan Prezidenti Azərbaycana gəldi
Gürcüstan Prezidenti Azərbaycana gəldi
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıb.
Xatırladaq ki, səfər çərçivəsində Mixail Kavelaşvilini Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək.
Kavelaşvilinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə yüksək səviyyəli təkbətək və geniş tərkibdə görüşləri nəzərdə tutulub.
Gürcüstan Prezidentinin başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament üzvləri Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev daxildir.
Soydas.az