Dolların üzərində "Biz Allaha güvənirik" yazan amerikalılar anlayıblar ki...

image

ABŞ-ın diplomatik idarələrinə Marko Rubio adından "Anti Christian bias" (antixristian qərəzi) ilə bağlı sənəd göndərilib. Sənəddə diplomatlardan xristianlığa qarşı qərəzli münasibət  göstərən həmkarları barədə məlumat vermələri istənilib.

Bu günlərdə, pasxa vaxtı M.Rubio katolik adətilə alnında küldən çəkilmiş xaçla yenidən media qarşısına çıxdı.

Demək olarmı ki, bu adam özbaşına, yaxud da qeyri-adekvat hərəkət edir?

Demək olardı, əgər müsəlman din adamının çıxış etmədiyi Trampın inaqurasiya mərasimindəki yəhudi və müxtəlif xristian dini liderlərin özünəxas "səssiz-qışqırtılı" çıxışları olmasaydı.

Qərb mütəfəkkirlərini oxuduqca çox açıq şəkildə onların İsa peyğəmbərə sevgisini, xristianlığa qayğısını və İslamdan necə yararlandıqlarının şahidi oluruq.   

Bizdə isə İslam və onun həqiqi dəyərlərinin müdafiəsi haqqında fikir bildirdikdə özünü ateist, deist və ən yaxşı halda aqnostik kimi mövqeləndirən insanların əsası olmayan, bünövrəsiz-təməlsiz spekulyativ əks mülahizələri ilə rastlaşırıq. Məhz mühakimələri ilə yox, mülahizələri və təxəyülləri ilə rastlaşırıq.

Türk Dövlətləi Təşkilatının güclənməyə başladığı bir dövrdə "İslamın Türkçülüyə zərəri" haqqında bir ideologiya ortaya atılıb.

 Halbuki, Türkçülüyün islamla vəhdətindən yaranan gücün dünyada bərabəri yoxdu və olmayacaq.  Bu vəhdətin yeganə ehtiyacı texnoloji tərəqqidir ki, buna da son zamanlar Türkiyə mümkün qədər nail olmağa çalışır.

Əsasən, politeist dinlər əhatəsində yaşayan türk və ərəb olmayan İndoneziaya və Malaziya kimi müsəlman ölkələrin texnoloji proqresdə  xüsusi rolu və nailiyyətləri də göz qabağındadı.

Pakistan isə bir başqa mövzudu...

Bizimkilər arasında özünü ateist, deist kimi təqdim edən və xurafatçılığa qarşı yox, həqiqi İslama qarşı fikirlər səsləndirən insanların arasında yüksək akademik təhsilli və ya konkret elmi nailiyyətlərə çatmış insanlar görə bilsəydim heç bu yazını yazmazdım. Halbuki, məhz yüksək təhsilli və elmi nəticələri olan  bu cür adamlar da elə İslama bağlı olurlar.

Reallıqda görünən odur ki, həm normal təhsil almamış, həm də istənilən sahədə bir ciddi praktik nailiyyəti olmayan adamın həqiqi dini dəyərlərə qarşı çıxmasını yalnlz təkəbbür və cahillik əlaməti kimi qəbul etmək olar. Əfsus ki, bu qənaətdən o tərəfə getmək olmur.

Çünki, dinin yanlış təbliği yalnız cəhalətə gətirir.

Dolların üzərində "Biz Allaha güvənirik" yazan amerikalılar dini yanlış təbliğ etdiklərini son zamanlar anlayıblar,  amma deyəsən, hələ də elə bu cür davam edirlər...

P.S.

Moskvada Abdulqani Məhəmməd adlı bir ərəb tanışım vardı.

Öz dediyinə görə Quranı əzbər bilirdi. Vaxtilə maliyyə sahəsində təhsil almış çox savadlı, ağıllı bir adam idi. 

Onu tez-tez Quranın təfsiri haqqında sorğu suala tuturdum.

O hər dəfə deyirdi ki, "Quran təfsirlərindən birində deyilir ki, dünyanın hegemon dövlətinin başına bir qaradərili gələcək və bu həmin dövlətin sonunun başlanğıcı olacaq".

Hər dəfə Obamanı görəndə onun sifətində bir bədxassəlik müşahidə edirdim. Bu Abdulqani Məhəmmədin sözü ilə əlaqəlidi, yaxud həqiqətən belədir,  bilmirəm...  

Konspiralogiyanı biz sevməsək də, o bizi sevir...

Uğurlu Şərifov

Soydas.az

Paylaş:

Xəbər lenti