Rusiyalı qadın hərbi müxbir öldürülüb
Rusiyalı qadın hərbi müxbir öldürülüb
Rusiyanın Birinci kanalının hərbi müxbiri Anna Prokofyeva Belqorod vilayətində öldürülüb.
Bu barədə rusiyalı bloger Vladimir Romanov özünün Teleqram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, jurnalist martın 26-da redaksiya tapşırığını yerinə yetirərkən ölüb.
Bloger Prokofyevanın Krasnoyarujsk rayonunun Demidovka kəndində fəaliyyət göstərdiyini deyib.
Onun hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməyib.
24 martda Luqansk vilayətində “İzvestiya”nın müxbiri Aleksandr Fedorçak, “Zvezda”nın operatoru və sürücüsü Andrey Panov və Aleksandr Sirkeli həlak olmuşdu.
Soydas.az