Kəpənəkçi kəndində yeni İcma Mərkəzi açılıb
Kəpənəkçi kəndində yeni İcma Mərkəzi açılıb
Martın 19-da Gürcüstanın Kəpənəkçi kəndində (Kvemo Bolnisi) İcma Mərkəznin rəsmi açılışı olub. Açılış mərasimində kənd sakinləri, ziyallar, müəllimlər və məktəblilər iştirak edib.
Soydas.az xəbər verir ki, Gürcüstanda fəaliyyət göstərən “Gənclər və Təhsil Mərkəzi"nin nəzdində fəaliyyət göstərəcək bu icma mərkəzində müxtəlif dil kurslar təşkil ediləcək.
Tədbirdə çıxış edən “Gənclər və Təhsil Mərkəzi”nin rəhbəri Rezo Həsənov, Kəpənəkçi (Kvemo Bolnisi) 2 saylı ictimai məktəbinin direktoru Hidayət Göyüşov, Kvemo Bolnisi İcma Mərkəzinin Azərbaycan dili müəllimi Çingiz Yaqubov, sabiq deputat Ramiz Bəkirov, İcma Mərkəzinin gürcü dili müəllimi Məhərrəm Göyüşlü mərkəzin açılışını çox müsbət qiymətləndirib, gənclərin hər birinə gələcək təhsil həyatlarında uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində isə şağirdlər Azərbaycan milli rəqslərini nümayiş etdiriblər.
Qeyd edək ki, "Bolnisi kəndlərində həftəsonu məktəbləri" layihəsi çərçivəsində "Gənclər və Təhsil Mərkəzi"nin təşəbbüsü, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kəpənəkçi kəndində “Kvemo Bolnisi İcma Mərkəzi"ndə Azərbaycan dili və gürcü dili kursları ödənişsiz şəkildə tədris ediləcək.
Soydas.az