Gürcüstan Avropa İttifaqının büdcə qrantlarından imtina edir
Gürcüstan Avropa İttifaqının büdcə qrantlarından imtina edir
Gürcüstan Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlanmasını 2028-ci ilə qədər dayandırır.
Baş nazir İrakli Kobaxidze bu fikirləri mətbuat konfransında bildirib.
O, qeyd edib ki, Gürcüstan hökuməti həmçinin Avropa İttifaqının hər hansı büdcə qrantından da imtina edir.
Kobaxidzenin sözlərinə görə, danışıqların yenidən açılması məsələsindən şantaj və cəmiyyəti parçalamaq məqsədilə istifadə olunub və bu hal ölkəyə namizəd statusu verilməsi zamanı da baş verib.
“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə (üzvlük) danışıqlarına başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəldik. Həmçinin, 2028-ci ilin sonuna qədər biz Avropa İttifaqının istənilən büdcə qrantından imtina edirik. Avropa İttifaqına inteqrasiyanı mərhəmət kimi qəbul etmək qəti şəkildə qəbuledilməzdir”, - Kobaxidze deyib.
Soydas.az