Gürcüstanın yeni hökumətində hansı nazirlər dəyişir?
Gürcüstanın yeni hökumətində hansı nazirlər dəyişir?
Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə parlamentə təqdim olunan hökumətin yeni tərkibini açıqlayıb.
Verilən məlumata görə, hökumətin tərkibində üç nazir dəyişib.
Yeni hökumətdə xarici işlər naziri, ədliyyə naziri, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri dəyişir.
Beləliklə, Gürcüstanın yeni hökumətində təmsil olunacaq nazirlər bunlardır:
Yeni tərkibdə Gürcüstanın xarici işlər naziri - Maka Boçorişvili;
Gürcüstanın ədliyyə naziri - Anri Oxanaşvili;
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri - Davit Sonqulaşvili;
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri - Levan Davitaşvili;
Gürcüstanın müdafiə naziri - İrakli Çikovani;
Gürcüstanın maliyyə naziri - Laşa Xutişvili;
Gürcüstanın regional inkişaf və infrastruktur naziri - İrakli Karseladze;
Gürcüstanın daxili işlər naziri - Vaxtanq Qomelauri;
Gürcüstanın təhsil, elm və gənclər naziri – Aleksandre Tsuladze;
Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlərin əmək, səhiyyə və sosial müdafiə naziri - Mixeil Sarjveladze;
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri - Tea Axvlediani;
Gürcüstanın mədəniyyət və idman naziri - Tinatin Ruxadze.
Soydas.az