Gürcüstanda koronavirusun 5-ci dalğası nə vaxt başlayacaq?

image

"Yəqin ki, noyabrın sonu dekabrın ikinci yarısında beşinci dalğaya keçəcəyik".

Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze açıqlama verib. Onun sözlərinə görə, 5-ci dalğanı asan keçməyin yeganə yolu, vətəndaşların peyvənd olunmasıdır: "Dünyada nə qədər çox insan peyvənd olunarsa, yeni yoluxma halının ortaya çıxma şansı daha az olar. Bu gün dünyada təxminən 6 milyard dozada peyvənd var. Dünyada 2,5 milyard insan tam olaraq peyvənd olunub. Ölkəmizdə noyabr dekabr ayında gözlənilən 5-ci dalğanı asan keçirmək üçün, vətəndaşları peyvənd olunmağa çağırırıq", - deyə A. Qamqrelidze bildirib.

Qeyd edək ki, ölkənin səhiyyə rəsmiləri dördüncü dalğanın avqust ayının sonlarında keçdiyini açıqlamışdı.

www.24news.ge

Soydas.az

Paylaş:

Xəbər lenti