TDT-nin növbəti sammiti Azərbaycanda keçiriləcək

image

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti Azərbaycanda keçiriləcək.

Bu barədə qərar TDT Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən 11-ci iclasının yekunları üzrə qəbul edilib.

Beləliklə, TDT ölkələrinin liderləri növbəti sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılığa gəliblər.

Quruma sədrliyin Qazaxıstandan Qırğızıstana keçdiyi iclasın sonunda dövlət başçıları Bişkek Sammitinin Bəyannaməsini imzalayıblar.

TDT ölkələri, həmçinin, gələn il Macarıstanda təşkilatın qeyri-rəsmi sammitinin keçirilməsi barədə razılığa gəliblər.

Soydas.az

Paylaş:

Xəbər lenti