Gürcüstanda yaşayan soydaşlarımızın mövcud təhsil problemləri

image

Gürcüstanda yaşayan soydaşlarımızın mövcud təhsil problemlərinin əsaslı və köklü şəkildə həll olunması Gürcüstan - Azərbaycan birgə Universitetinin açılmasından keçir.

Dünyada bir neçə dövlətlərarası birgə Universitet yaratmaq təcrübələri mövcuddur.

Buna misal olaraq Qazaxıstanın Türküstan şəhərində fəaliyyət göstərən Əhməd Yasəvi "Qazaxıstan - Türkiyə Universiteti" və Bişkekdə fəaliyyət göstərən "Manas Qırğız - Türk Universiteti",

Mərkəzi Asiyanın ən nüfuzlu və qabaqcıl təhsil - elm mərkəzlərini göstərə bilərik.

Skopyedə yaradılmış "Uluslarası Balkan Makedon - Türk Universiteti" də buna daha bir nümunədir.

Azərbaycanla Gürcüstan arasında energetika sahəsində (neft və qaz kəmərləri), nəqliyyat sahəsində (Bakı - Tibilisi - Qars), iqtisadi sahədə (yüzlərlə ortaq şirkət və layihə), hərbi sahədə (birgə hərbi təlimlər və s.), siyasi sahədə (birgə bəyanatlar, beynəlxalq arenada qarşılıqlı dəstək ), bir sözlə bütün sahələrdə mövcud olan uğurlu və qarşılıqlı faydalı əməkdaşlıq təcrübələrini humanitar müstəviyə (ələlxüsus təhsil sahəsinə) keçirmək hər iki xalq və dövlət üçün vacib olan zərurətdən doğur.

Bu baxımdan ortaq Universitet, təhsil sahəsində iki dövlətin birgə layihəsi olardı və xalqlararası dostluq məbədinə çevrilərdi.

1989-cu ildən bu günədək Gürcüstada soydaşlarımızı təhsil aldıqları məktəbərin və müəllimlərin sayı obyekiv və subyektiv səbələrdən dolayı sürətlə azalmışdır. Hazırda mövcud olan vəziyyət məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin 80%-ə qədəri təqaüdçü və ya təqaüd yaşına yaxın olanlardır.

Statistik rəqəmlərə nəzər salsaq, Gürcüstandakı Azərbaycan dilində təhsil verən məktəblər, müəlim heyəti və şagird sayı ilə bağlı mənzərəni daha aydın görə bilərik:

1) 1989-cu ildə Gürcüstanda 183 məktəbdə 6922 müəllim və 49805 şagird

2) 1999-cu ildə Gürcüstanda 167 məktəbdə 4481 müəllim və 35908 şagird

3) 2009-cu ildə Gürcüstanda 124 məktəbdə 3777 müəllim və 29184

4) 2019-cu ildə Gürcüstanda 117 məktəbdə 3628 müəllim və 26540 şagird (onlardan 2225 şagirdimiz gürcü dilində təhsil alır).

Böhranlı vəziyyətdən çıxmaq üçün birgə Universitetin yaradılması olduqca vacibdir.

Universitetin Rustavi şəhərində qurulmasını bir neçə səbəbdən daha məntiqli hesab edirəm.

1. Rustavi şəhəri Soydaşlarımızın kompakt yaşadığı bölgənin mərkəzidir.

2. Gürcüstanın 4-cü böyük şəhəridir, Tiflisə və Azərbaycana yaxın əlverişli coğrafi mövqedə yerləşir.

3. Gürcüstanın bütün böyük inzibati bölgələrinin - "mxare"lərin mərkəzi şəhərlərində Dövlət Universitetləri var. Bulara isal olaraq aşağıdakıları göstərə bilərik.

- Sameqrolada "Zuqdidi Dövlət Universiteti"

- İmeretidə "Kutaisi Dövlət Universiteti"

- Kaxetidə "Telavi Dövlət Universiteti"

- Şida Kartlidə "Qori Dövlət Universiteti"

- Samtsxe - Cavaxetide "Axaltsixe Dövlət Universiteti"

Yalnız ən böyük bölgələrdən sayılan Kvemo Kartlidə, onun inzibati mərkəzi olan Rustavidə Dövlət Universiteti yoxdur.

Soydaşlarımızın təhsil sahəsindəki problemlərini Gürcüstan və Azərbaycan dövlətləri birgə həll edə bilərlər.

Problemlərin uyğun həlli yolu: Rustavi şəhərində, Gürcüstan - Azərbaycan birgə Universitetinin yaradılmasından keçir.

 

Müəllif: Kamran Ramazanlı

SOYDAŞ İctimai Birliyinin idarə heyətinin sədri

Soydas.az

Video

image
Paylaş:

Xəbər lenti