Universitetlərə qəbul olunanlar üçün qeydiyyatın müddəti uzadılıb
Universitetlərə qəbul olunanlar üçün qeydiyyatın müddəti uzadılıb
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əsas yerləşdirmə ilə qəbul olunan abituriyentlər üçün qeydiyyat prosesi 9 sentyabr saat 18:00-a qədər uzadılıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sisteminin “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Nazirlikdən onu da vurgulayıblar ki, qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.
Soydas.az