Naxçıvan istiqamətindən mövqelərimiz yenə atəşə tutulub

image

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

 Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.

Soydas.az

Paylaş:

Xəbər lenti