Gürcüstanda parlament seçkilərinin vaxtı açıqlandı

image

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin olunub. Bunu Gürcüstan prezidenti Salome Zurabişvili elan edib.

O, bildirib ki, parlament seçkilərilə bağlı müvafiq sərəncamı artıq imzalayıb.

"Həmin gün xalq üçün qərar vermək və seçim etmək zamanıdır. Xalqın seçimi uzunmüddətli perspektivdə ölkəmizin gələcəyini müəyyən edəcəyi üçün budəfəki səsvermə əvvəlkilərdən özünün qeyri-adiliyi ilə fərqlənəcək”, - prezident qeyd edib.

Soydas.az

Paylaş:

Xəbər lenti