Zurabaşvili: “Müxalifətin ambisiyaları buna imkan vermir”

image

Cari ilin may ayında Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi avropayönlü müxalifəti birləşdirmək üçün “Gürcüstan Xartiyası” adlı fəaliyyət planı irəli sürmüşdü.

Soydas.az xəbər verir ki, Prezident tərəfindən irəli sürülən təklifə görə, bu planı imzalayan müxalifət  ölkənin Avropa kursuna xələl gətirən qanunların ləğvi, məhkəmə sisteminin azad edilməsi və ona etimadın bərpası, Ali Ədliyyə Şurasının köklü islahatı, seçki sisteminin təkmilləşdirilməsi və sair istiqamətdə addımlar atmalı idi.

Lakin Gürcüstan Prezidenti Salome Zurabişvili dünən keçirdiyi mətbuat konfransında bu Xartiyanı imzalayan müxalifət partiyaları arasında fikir ayrılıqlarının olmasına diqqət çəkib.

Zurabişvili qeyd edib ki, Gürcüstanın baş naziri postuna vahid namizədlə bağlı razılığa gəlməyə müxalifət partiyalarının ambisiyaları imkan verməyəcək:

 “İnanmıram ki, baş nazir ilə bağlı razılığa gəlmək mümkün olsun, hər partiyanın öz baxışları var və bu vahid bir mövqe sərgiləməyə imkan vermir”.

Soydas.az

Paylaş:

Xəbər lenti