Soydaşlarımız Telavi şəhərində bir araya gəlib

image

Tbilisi şəhərində fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Telavi şəhərində yerləşən ” Arge Celler” hotelində üç günlük yay düşərgəsi təşkil olunub.

Soydas.az xəbər verir ki, "Həmrəylik" adlandırılan yay düşərgəsinə azərbaycandilli media nümayəndələri və Gürcüstanın müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən təhsil mərkəzlərinin şagird və müəllim heyəti qatılıb.

Səhiyyə, təhsil, media və ümumi mövzulardan ibarət təlimlərin keçiriləcəyi düşərgədə  Tbilisidən” Alyans Gənclər Mərkəzi”, Bolnisidən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”, Marneulidən “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”, Dmanisidən “Dmanisi Tədris Mərkəzi”, Qardabanidən” Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”, Rustavidən” Rustavi Təhsil və Mədəniyyət Mərkəzi”, Saqarecodan (Qaraçöp) “Parlaq Gələcək Tədris Mərkəzi”, Kaxetidən isə “Qabal İnkişaf Mərkəzi”nin şagird və müəllim heyəti iştirak edir.

Düşərgə iştirakçıları Tbilisi şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət etdikdən sonra Telavi şəhərinə yola düşüblər.

Təlimlər üç gün boyunca davam edəcək.

Soydas.az

Paylaş:

Xəbər lenti