Avropa İttifaqı Gürcüstana ayırdığı 30 milyon avro vəsaiti bloklayıb

image

Dünəndən Gürcüstanda “Xarici təsir haqqında” qanun qüvvəyə minib. Artıq Avropa dövlətləri və ABŞ Gürcüstana ayırdıqları maliyyə yardımlarını dayandırırlar.  Növbəti belə bir addımı Avropa İttifaqı da ciddi şəkildə nəzərdən keçirir.

Bunu “Europa Press”ə müsahibəsində Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano deyib.

O bildirib ki, Gürcüstandakı vəziyyətdən ciddi narahatdırlar və sözü gedən qanunu geriyə addım kimi dəyərləndirirlər. P. Stano bir qədər əvvəl Avropa İttifaqının Gürcüstana müdafiənin gücləndirilməsi üçün ayrılmalı olan 30 milyon avro vəsaiti blokladığını xatırladıb.

 

Soydas.az

Paylaş: