Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.
APA-nın yerli bürosunun xəbərinə görə, müvafiq qərar Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.
Qərara əsasən, sentyabrın 13-dən ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinə icazə veriləcək.
Qeyd edək ki, Gürcüstanda epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar şəhərlərarası daşımalar istisna olmaqla, ictimai nəqliyyatın fəaliyyəti avqustun 14-dən məhdudlaşdırılıb.
Soydas.az