Bu gün tanınmış xeyriyyəçi Rəşid Bədəlovun 80 illik yubileyidir
Bu gün tanınmış xeyriyyəçi Rəşid Bədəlovun 80 illik yubileyidir
Bu gün Borçalının tanınmış ziyalı ağsaqqalı, xeyriyyəçi, “Kəpənəkçi” Xeyriyyə Fondunun sədri olmuş Rəşid Bədəlovun 80 illik yubileyidir.
Soydas.az xəbər verir ki, Rəşid Bədəlov bütün ömrü boyu öz fəaliyyətini Azərbaycan-Gürcüstan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, bu dostluğun əbədi və sarsılmaz olmasına, gələcək nəsillərə çatdırılmasına yönəlmişdi.
Rəşid Bədəlov “Kəpənəkçi” Xeyriyyə Fondunun sədri olduğu müddətdə (2002-2013) doğulduğu Kəpənəkçi kəndi üçün bir çox işlər görüb. O, fondun vəsaiti hesabına kəndin küçələrini abadlaşdırıb, kənddəki iki məktəb binasını əsaslı təmir etdirib, kəndin mərkəzində 200 nəfərlik istirahət guşəsi inşa edib, öz vəsaiti hesabına müxtəlif xeyriyyəçiliklə məşğul olub.
Gürcüstanın soydaşlarımız yaşayan əksər kəndləri kimi, Kəpənəkçi kəndində də içməli su həmişə problem olub. Bu problemi çətinliklə də olsa Rəşid Bədəlov 11 kilometr məsafədən dağ yolları ilə kəndə içməli su və suvarma suyu çəkdirib, kənd əhalisi üçün 27 bulaq çəkdirib.
Rəşid Bədəlovun xeyriyyə işlərilə yanaşı, ictima-siyasi proseslərdə də çox fəal iştirak edib. O, uzun illər Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı sədrinin birinci müavini olub.
Rəşid Bədəlov 20 mart 2013-cü ildə rəhmətə gedib.
Borçalının dəyərli ağsaqqalını böyük ehtiram və rəhmətlə yad edirik!
Soydas.az