Avropa İttifaqı Gürcüstan Müdafiə Nazirliyinə ayırdığı 30 milyon avroluq yardımı dayandırıb

image

Avropa İttifaqı Gürcüstan Parlamentinin qəbul etdiyi "Xarici agentlər haqqında" qanuna görə Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırdıqdan sonra, Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avroluq yardımın ayrılmasını da dayandırılıb.

Soydas.az xəbər verir ki, Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində siyasət yürüdərsə, yardımın ayrılması yenidən baş verə bilər. 

Səfir qeyd edib ki, indiki Gürcüstan hökumətinin niyyəti və apardığı siyasi xətt  Avropa İttifaqı üçün anlaşılan deyil. Bu günkü Gürcüstanın anti-Avropa ritorikası Avropa İttifaqına daxil olmaq məqsədində tamailə uzaqdır. 

Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze bu məsələyə münasibət bildirərək, qeyd edib ki, Gürcüstan ordusu bundan heç nə itirməyəcək, hakimiyyət ordu üçün lazım olan hər şeyi edəcək.

Soydas.az

Paylaş: