Ərdoğan: "Naxçıvanın qaz ehtiyacını Türkiyə qarşılayacaq"

image

İğdır-Naxçıvan təbii qaz kəmərinin inşası bitdikdən sonra Naxçıvanın illik 500 milyon kubmetrlik qaz ehtiyacı artıq Türkiyə vasitəsilə qarşılanacaq.

Bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Türkiyə enerji sahəsində Əlcəzair, İran, İraq, Yaponiya, Venesuela, ABŞ, Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikası və digər ölkələrlə sıx əməkdaşlıq edir.

 

Soydas.az

Paylaş:

Xəbər lenti