Azərbaycan Ermənistanla İranı birləşdirən yolu bağladı
Azərbaycan Ermənistanla İranı birləşdirən yolu bağladı
Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan yolunu bağlayıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Yolun tamamilə boşaldıldığı, avtomobillərin təxliyə edildiyi bildirilib. Ermənistan tərəfinin hazırda yolun açılması ilə bağlı danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, Gorus-Qafan yolu Ermənistanı İranla birləşdirən əsas avtomobil yoludur.
Soydas.az