Azərbaycanın Milli qəhramanı, polkovnik İlqar Mirzəyevin doğum günüdür
Azərbaycanın Milli qəhramanı, polkovnik İlqar Mirzəyevin doğum günüdür
Bu gün 2016-cı ilin iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycanın Milli qəhramanı, polkovnik İlqar Mirzəyevin doğum günüdür.
Soydas.az xəbər verir ki, polkovnik İlqar Mirzəyevə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Xatırladaq ki, İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-cı ildə Qardabani şəhərində tam orta məktəbin birinci sinfinə daxil olub və 1990-cı ildə oranı bitirib. 1991-ci ildə İlqar Mirzəyev Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə daxil olub və 1995-ci ildə “Artilleriya” ixtisası üzrə həmin məktəbi bitirib.
2003-2005-ci illərdə O, ixtisas artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının tələbəsi olub.
İlqar Mirzəyev 1995-1997-ci illərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taqımının Komandiri, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Taqımının Komandiri vəzifəsində xidmət edib.
Daha sonra 1997-1998-ci illərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Taqım Komandiri, Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Komandiri vəzifəsində xidmət edib.
2001-ci ildən başlayaraq İlqar Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-2003-ci illərdə “N” saylı hərbi hissənin Qərargah rəisi və haubitsalı artilleriya divizionu Komandirinin müavini, daha sonra “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edib.
İlqar Mirzəyev 2005-2007-ci illərdə “N” saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət edib. Daha sonra 2007-2011-ci illərdə “N” saylı hərbi hissənin Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət edib.
2011-2012-ci illərdə “N” saylı hərbi hissədə artilleriya divizionunun Komandiri vəzifəsində xidmət edən İlqar Mirzəyev, daha sonra “N” saylı hərbi hissədə hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsində xidmət edib. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin tərəfindən 2012-ci ildə “Polkovnik” hərbi rütbəsi alıb.
Daha sonra İlqar Mirzəyev 2012-ci il iyulun 7-dən 2013-cü il iyulun 4-nə qədər “N” saylı hərbi hissədə artilleriya divizionunun Komandiri və hərbi hissənin atəşə dəstək üzrə koordinatoru vəzifəsində, 2013-cü il iyulun 4-dən 2013-cü il dekabrın 28-nə qədər isə “N” saylı hərbi hissənin haubitsalı artilleriya divizionu Komandiri vəzifəsində xidmət edib.
Xidmətini Müdafiə Nazirliyində davam etdirən İlqar Mirzəyev 2013-2015-ci illərdə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Döyüş və döyüş təminatı şöbəsinin inspektoru vəzifəsində xidmət edib.
İlqar Mirzəyev 2015-ci ildə “N” saylı hərbi hissənin Komandiri olub.
Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb, 2016-cı ilin iyulun 14-də Tovuz istiqamətində gedən döyüşlərdə isə şəhid olub.
Azərbaycanın Milli qəhramanı, polkovnik İlqar Mirzəyevin doğum günündə bir daha əziz xatirəsini yad edir, Allahdan şəhidimizə rəhmət diləyirik.
Soydas.az