“Qazaxıstana 112 saatlıq dəstək” aksiyası keçiriləcək
“Qazaxıstana 112 saatlıq dəstək” aksiyası keçiriləcək
Qazaxıstanda baş verən sel fəlakətinin nəticələrinə beynəlxalq diqqəti cəlb etmək məqsədilə “Qazaxıstana 112 saatlıq dəstək” mövzusunda aksiya keçiriləcək.
Soydas.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünyanın hər yerindən məşhurları, nüfuzlu şəxsiyyətləri və sadə insanları birləşdirəcək tədbirə aprelin 15-də start veriləcək.
Təşəbbüsün əsas hədəfi təbii fəlakətlərə qarşı ümumbəşəri dəyərlərin qorunması və xilasetmənin məqsədinə uyğun olaraq hər cür töhfələrin artırılması istiqamətində birliyin zəruriliyini vurğulamaq, eləcə də insanları Qazaxıstana yardım etməyə səsləmək, qlobal həmrəyliyin gücünü nümayiş etdirməkdir.
Aksiyada məqsəd birbaşa vəsait toplamaq deyil, informasiya dəstəyi ilə yardım səylərini artırmaq və işıqlandırmaqdır.
Sosial media hesablarında 112 saat davam edəcək fasiləsiz canlı yayım vasitəsilə aksiya iştirakçıları öz hekayələrini və dəstək sözlərini bölüşəcək, istedadlarını nümayiş etdirəcəklər.
Soydas.az