Ermənistan ehtiyatda olan hərbçilərini yenidən niyə orduya çağır?

image

 Avqustun 25-dən Ermənistanda ehtiyatda olan hərbi qulluqçuların üç aylıq orduya cəlb olunmasına qərar verilib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, "Ehtiyatda olan hərbi qulluqçuların yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi ilə 25 avqust-25 noyabr tarixlərində üç aylıq hərbi təlim keçiriləcək": "Ümumilikdə, təlim düşərgələrini təmin etmək üçün üç ay ərzində 110 -a qədər nəqliyyat vasitəsi hərbi təlimə cəlb ediləcək. İştirak müddətində vətəndaşlar əsgər sayılacaq, hərbi personalın bütün faydalarından istifadə edəcək. Bundan əlavə, onlar işlərini saxlayacaqlar və rotasiyaya uyğun olaraq maaş alacaqlar".

Hərbçilərin orduya cəlb olunması ilə bağlı qərar Ermənistan cəmiyyətində böyük narahatlığa səbəb olub. Yenidən müharibənin başlanma ehtimalından təlaş keçirən erməni vətəndaşları səfərbərlik qərarının hansı ehtiyacdan yaranması barədə hökumətin izahat verməsini istəyiblər. 

 

Soydas.az

Paylaş:

Xəbər lenti