Enerji məsələsi dünya siyasi proseslərinin əsasını təşkil edən bir məsələdir

image

"Cənub Qaz Dəhlizi, onun genişləndirilməsi və s. istiqamətdə görülən çalışmalar Azərbaycanın enerji strategiyasının tərkib hissəsidir və biz artıq dünyada da qəbul olunduğu kimi yaşıl enerjiyə keçidlə bağlı çalışmaları genişləndirməkdəyik". 

Soydas.az xəbər verir ki, bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Düzdür, bu daha çox iqtisadi məsələdir. Bizim iqtisadçı ekspertlərimiz, alimlərimiz bu məsələni geniş şərh edəcəklər. Amma bu, həm də ciddi, önəmli bir siyasi məsələ, siyasi məqamdır. Çünki enerji məsələsi dünya siyasətində dünya siyasi proseslərinin əsasını təşkil edən bir məsələdir və  Azərbaycan bu enerji siyasətində aktiv rol almaqla dünyada gedən siyasi proseslərin aktiv iştirakçısıdır, özü də etibarlı enerji tərəfdaşıdır və bütün bunlar ölkəmizin regional və qlobal miqyasda rolunun artmasının əsas göstəricisidir.
COP29-un keçirilməsi də həmçinin elə bu istiqamətdə görülən çalışmalardandır və hesab edirəm ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və s. istiqamətdə görülən işlər, bütün bu fəaliyyətlər ekoloji tarazlığın təmin olunmasını nəzərə alaraq gerçəkləşdiriləcək və Azərbaycanda artıq ekoloji məsələlərlə bağlı çox ciddi şəkildə çalışmalar həyata keçirir. Artıq vaxt qoyulub ki, qarşıdakı illər ərzində yaşıl enerjiyə keçid məsələləri,  ekoloji təmiz yanacaq və digər istiqamətlərdə olan genişləndirmək lazımdır, vacibdir.
Azərbaycan çox ciddi şəkildə regional və qlobal miqyasda aktiv fəaliyyətlər həyata keçirir. Siyasi istiqamətdə, nəqliyyat dəhlizləri ilə bağlı, məsələn, elə Cənub Qaz dəhlizi, enerji siyasəti, iqlim dəyişiklikləri və s. istiqamətdə də Azərbaycan qlobal fəaliyyətləri həyata keçirir və bu da onun bir tərkib hissəsidir".

Soydas.az

Paylaş: