Gürcüstanda şəxsiyyət vəsiqələri dəyişdiriləcək...
Gürcüstanda şəxsiyyət vəsiqələri dəyişdiriləcək...
2024-cü il iyulun 1-dən Gürcüstan vətəndaşlarının 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələri ləğv ediləcək.
Soydas.az 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Ədliyyə naziri Rati Breqadze məlumat verib. Layihəyə əsasən, qeyd olunan şəxsiyyət vəsiqələrinin sahiblərinə yeni şəxsiyyət vəsiqələri pulsuz təqdim olunacaq.
Qeyd edək ki, Parlamentdə laminatlı şəxsiyyət vəsiqəsi ilə seçicinin seçkilərdə səsvermə hüququnun saxlanılması müzakirə olunacaq.
Soydas.az