Zakir Həsənov Türkiyəyə getdi

image

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

Soydas.az

Paylaş:

Xəbər lenti