Heydər Əliyevlə bağlı Qazaxstanda nəşr olunmuş kitab Bakıda təqdim olundu
Heydər Əliyevlə bağlı Qazaxstanda nəşr olunmuş kitab Bakıda təqdim olundu
Dünya Axıska Türkləri Birliyi, Ata Yurt Nomand təşkilatı və Azərbaycanda Axıska Türklərinin “Vətən” İctimai Birliyi Bakıda Beynəlxalq Muğam Mərkəzində “Heydər Əliyev - 100” kitabının təqdimat mərasimini keçirdi. Qazaxstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi xatirəsinə nəşr olunan kitabın ilk təqdimatı ötən il iyun ayında Qazaxstanın Almatı şəhərində keçirilib.
Soydas.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dünya Axıska Türkləri Birliyinin sədr müavini Rövşən Məmmədov bildirib ki, kitab Heydər Əliyevin həyatı və fəaliyyətinin Türk Dünyasında tanıdılması baxımından olduqca əvəzsiz bir vəsaitdir.
Daha sonra kitabın Almatı şəhərində keçirilən təqdimat mərasimindən video-süjet təqdim olunub.
Tədbirdə çıxış edən xalq artisti Rasim Balayev, millət vəkili Tahir Kərimli, professor Qəzənfər Paşayev, KKTC-nin Bakıdakı səfiri Ufuk Turganer, keçmiş təhsil naziri Misir Mərdanov, “Dünya Axıska Türkləri” təşkilatının rəhbəri Ziyəddin Kassanov, “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı roldan danışıb, dahi siyasətçinin Türk Dünyası üçün göstərdiyi fədakarlığı qeyd ediblər.
Soydas.az