Vətəndaşlarla MTK-lar arasında problem yaradan əsas səbəblər hansılardır?
Vətəndaşlarla MTK-lar arasında problem yaradan əsas səbəblər hansılardır?
Arbitrum Vəkil Bürosunun rəhbəri Polad Mehdi vətəndaşlarla MTK-lar arasında yaranan problemlərə münasibət bildirib.
Soydas.az xəbər verir ki, arb telekanalına müsahibə verən vəkil problemləri bir neçə qrupa ayırıb. Vəkil bu problemləri əsasən aşağıdakı kimi quruplaşdırıb:
1. Vətəndaşların köçürülməsi zamanı yaranan problemlər;
-Vətəndaşlarla tam razılaşma olmadan ərazinin sökülməsi,
- mənzillərin dəyərinin müəyyən edilməsi qaydası,
- mənzillərin vətəndaşlardan alınması qaydası,
- köhnə mənzillərin yeni tikiləcək mənzillərlə əvəzləşdirilməsi qaydası,
- bina inşa edilənədək vətəndaşlara kirayə pullarının verilməsindəki çətinliklər.
2. Binanın inşası zamanı vəd edilən şərtlərin yerinə yetirilməməsi ilə əlaqədar yaranan problemlər;
- müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi,
- binanın zamanında təhvil verilməməsi,
- mənzillərin razılaşmada nəzərdə tutulan ölçüdən daha az ölçüdə təhvil verilməsi (arakəsmə divarlarının və şaxtaların sahənin ölçüsünə daxil etmələri).
3. Vətəndaşların MTK-lara payçı olduqları (alqı-satqı etdikləri) zaman yaranan problemlər;
-MTK tərəfindən mənzillər alqı-satqı edilə bilməz, şəxs MTK-ya payçı ola bilər,
- bir mənzilin bir neçə adama “satılması”,
- şəxs mənzilini digər birinə “satdığı” zaman MTK-lar tərəfindən əlavə ödənişin tələb edilməsi.
4. MTK-ların idarə edilməsilə əlaqədar yaranan problemlər;
- MTK-lar binanı idarə edə bilməzlər, bu qanunvericiliyə ziddir.
Mövzu çox geniş və aktualdır. Bu sahədəki problemlər və onların həlli yolları ilə bağlı geniş müzakirələrə ehtiyac vardır.
Soydas.az